SABIS SUN Beynəlxalq Məktəbində humanitar aksiya

SABIS SUN Beynəlxalq Məktəbində humanitar aksiya

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası 19 fevral 2018-ci il tarixində SABIS SUN Beynəlxalq Məktəbində humanitar aksiya keçirib. SABİS SUN İNTERNATİONAL SCHOOLözünün baş qərargahları ABŞ, Livan və BƏƏ-də olan üç müstəqil korporasiyası vasitəsilə  təşkil edilən və dünyanın 4 qitəsində fəaliyyət göstərən qlobal təhsil şəbəkəsidir. Mərkəzimizin Səyyar Klinikası vasitəsilə bu məktəbdə təhsil alan şagirdlər elə öz təhsil ocaqlarında oftalmoloji müayinədən keçdilər. Şagirdlər ətraflı müayinə olundular və ehtiyacı olanlara eynək təyin olundu.  Qeyd edək ki,  Mərkəzin Səyyar klinikası, 2012-ci ildən 2017-ci ilədək , Azərbaycan Respublikasının 17 ali təhsil müəssisəsinin tələbələri və bir sıra orta məktəb şagirdlərinin arasında müayinələr keçirmişdir.