Naxçıvan Muxtar Respublikasında oftalmoloji müayinələr davam edir

Naxçıvan Muxtar Respublikasında oftalmoloji müayinələr davam edir

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim heyyəti Naxçıvan Muxtar Respublikasında oftalmoloji müayinələr aparmağa davam edir. Mərkəzimizin həkimləri Naxçıvan ilə yanaşı Muxtar Respublikanın rayonlarında da müayinələr həyata keçirir. Bu dəfə Mərkəzimizin həkim heyyəti Kəngərli və Culfa rayonlarında müayinələr aparıb. Qeyd edək ki, 23-24 fevral tarixində Mərkəzimizin həkimləri tərəfindən Naxçıvan Muxtar Respublika Xəstəxanasında müayinələrlə yanaşı Oftalmoloji əməliyyatlar da icra olunacaq.