Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyevanın adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə 28 aprel 2021-ci il tarixdə onlayn qaydada Akademik Zərifə Əliyevanın anadan olmasının

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyevanın adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə 28 aprel 2021-ci il tarixdə onlayn qaydada Akademik Zərifə Əliyevanın anadan olmasının

98 illiyinə həsr edilmiş “Oftalmologiyanın aktual məsələləri” adlı elmi konfrans keçirildi.

Konfransda görkəmli oftalmoloq alim, pedaqoq, minlərlə həkimlərə mühazirələr oxumuş, yüksək ixtisaslı həkim, ictimai xadim, gözəl insan, Akademik Zərifə Əliyevanın elmi yaradıcılığından, onun oftalmologiya sahəsinə verdiyi töhfələrdən Azərbaycan və Türkiyə alim oftalmoloqlar söz açdılar Akademik Zərifə Əliyeva  adına,  Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Tibb Universitetinin Göz Xəstəlikləri Kafedrasından, digər özəl və dövlət təşkilatlarından, regionlardan professorlar və gənc oftalmoloqlar iştirak etdi. Konfransa Türkiyədən - TOD Onursal Başkanı Dr. Sunay Duman, TCOD Genel Başkanı Prof.Dr. Öner Gelişken, TCOD Genel Sekreteri Prof.Dr. Süleyman Kaynak və digər mütəxəssislər çıxış etdilər. Konfransın keçirilməsində məqsəd oftalmologiyada baş verən yeniliklərdən, oftalmologiyanın aktual məsələlərini müzakirə etmək idi. Zərifə xanım Əliyevanın zəngin elmi irsi Azərbaycan oftalmologiyasına mühüm töhfələr verib. Onun bu irsinə sadiq qalaraq Azərbaycan oftalmologiyası inkişaf edib və bu yolda irəliləməyə davam edir. 

Konfransda müasir oftalmologiyanın actual olan problemlərinə həsr olunan məruzələr dinlənildi. Onlardan TCOD Genel Sekreteri Prof.Dr. Süleyman Kaynak tərəfindən “Oftalmolojide yapay zeka gereklimidir?", t.ü.f.d. Fidan Ağayeva - “Azərbaycanda müasir neft-kimya sənayəsinin işçilərində gözdaxili təzyiq və oftalmopatologiyanın xüsusiyyətləri”, t.ü.f.d. Əsədova Şəhla - “Nistaqmın bəzi xüsusiyyətlərinə dair”, t.ü.f.d. Axundova Lalə - “Vitreoretinal cərrahiyyə gözün hərbi travmaları zamanı”, Dr. Həsənov Cəmil - “Buynuz qişanın ağır hərbi zədəsi zamanı cərrahi taktika seçimi”, t.ü.f.d. İbrahimzadə Günay - “Hərbi yaralanmalar nəticəsində orbital boşluğun rekonstruksiyası” (kliniki hal), t.ü.f.d. Məhərrəmov Polad - “Keratokonusda femtosaniyə lazer üsulu ilə müxtəlif növ keraring – buynuz qişa halqaların implantasiyası”, Dr. Carullazadə İmran - “Katarakta və ptoz zamanı cərrahi taktika seçimi”, Dr. Əliyeva Sidiqə - “Keratokonusun müalicəsində contoura vision topoguided fotorefraktiv keratoektomiyanın krosslinking ilə birgə tətbiqi”, Dr. Əliyeva Tərlan – “Chorioretinitis sclopetaria” (kliniki hal), kimi mövzular müzakirə edildi. Sual və təkliflər səsləndirildi.