Milli Oftalmologiya Mərkəzində Zəif görənlər bölməsi açıldı - Azərbaycanda ilk dəfə!

Milli Oftalmologiya Mərkəzində Zəif görənlər bölməsi açıldı - Azərbaycanda ilk dəfə!


Bu gün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Zəif görənlər (Low Vision) bölməsi fəaliyyətə başlayıb. 
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımovun təşəbbüsü ilə göstərilən bu xidmət ölkədə ilk dəfə olaraq Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində yaradılıb. 
Bəzən göz  xəstəlikləri müalicə olunsa da  nəticədə əldə olunan görmə həyat fəliyyətində xəstələrə kifayət etmir. Xəstələr oxumaqda, tv izləməkdə əziyyət çəkir, sosial, məişət həyatında əvvəlki aktivliyini yaşaya bilmirlər. Belə hallarda əksər  xəstələr bu görmə ilə qane olub aşağı keyfiyyətli həyat fəaliyyəti sürdürürlər. Belə xəstələr üçün Azərbaycanda ilk dəfə yaradılmış, son texnologiya ilə təhciz olunmuş, yüksək elmi potensiala malik Zəif görənlər bölməsi (LOW VİSİON) fəaliyyətdədir. 
Zəif görənlər bölməsində hər bir xəstəyə fərdi yanaşılaraq, həyat fəaliyyətini və səviyyəsini daha da rahatlaşdıran son texnologiya ilə Low Vision cihazları seçilir və təyin edilir. Məhz bu şəraitdən yararlanan usaq oftolmoloqu Aysel Əkbərova xəstələrə xidmət göstərir. Təqdimatın keçirilməsində məqsəd bölmənin fəaliyyəti haqqında həkim-oftalmoloqlar tərəfindən geniş məlumatın verilməsindən və Low Vision cihazları ilə fərqli bir metodla müalicə aparılmasından ibarətdir.
0-3 yaş arası zəif görən uşaqlar üçün xüsusi habilitasiya proqramı təyin edilir. Bu müalicədən sonra həqiqətən görmə funksiyası olmayan bir uşaqda, görmə xaricdən qazandırılaraq gələcəkdə ən azı özünün minimal ehtiyaclarını ödəməyə imkan verən görmə itiliyi qazandırılır.

www.qaynarinfo.az