Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Milli Mətbuat və Jurnalistika günü ilə bağlı 20 iyul 2018-ci il tarixində “Sağlam baxış, sağlam cəmiyyət” adlı açıq qapı günü keçirdi.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Rəhbərliyi və kollektivi Milli Mətbuat və Jurnalistika günü münasibətilə media nümayəndələrini təbrik edir və bu münasibətlə 20 iyul tarixində saat 10:00-15:00-a qədər jurnalistlərin göz müayinəsini təşkil etdi. Tədbir Bakıda və Mərkəzin Gəncə filialında baş tutdu.