Akademik Zərifə Əliyeva Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası T.İsmayılov adına 6 №-li məktəb-liseydə

Akademik Zərifə Əliyeva Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası T.İsmayılov adına 6 №-li məktəb-liseydə

19 dekabr 2018-ci il tarixində Akademik Zərifə Əliyeva Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası T.İsmayılov adına 6 №-li məktəb-liseyin şagird və müəllim heyətinə oftalmoloji yardim göstərib. Aksiya müddətində 170 nəfər müayinə olunub.  
Dünyada görmə problemləri olan insanların 19 milyonu uşaqlardır, onlardan 12 milyonu refraksiyanın anomaliyası səbəbindən görmə pozğunluğuna malikdirlər 
“Görmə 2020” proqramı çərçivəsində bu məqsədlə Akademik Zərifə Əliyeva Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası bir sıra ali məktəb, orta məktəb və baxçalarda aksiyalar keçirməkdə davam edir.