Retinoloqlarının 3-cü konfransı keçirildi.

Retinoloqlarının 3-cü konfransı keçirildi.

1 iyun 2018-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi,  Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycan Retinoloqlarının 3-cü konfransı keçirildi. Konfransın məqsədi vitreoretinal cərrahiyyədə baş verən yenilikləri araşdırmaq, təkliflər verməkdən ibarətdir. Konfransda mərkəzin həkim heyəti ilə yanaşı xaricdən olan həkimlər də iştirak edib. Konfransda “Vitreoretinal cərrahiyyədə yeniliklər”, “Vitreoretinal cərrahiyyədən sonra yaranan ikincili qlaukoma”, “Arxa seqmentin travmaları” və s. mövzuları ətrafında məsələlər müzakirə edildi.