Əziz həmkarlar sizləri müasir cərrahiyyə tədrisi laboratoriyasına (WETLAB-a) dəvət edirik.

Əziz həmkarlar sizləri müasir cərrahiyyə tədrisi laboratoriyasına (WETLAB-a) dəvət edirik.

WETLAB tədrisi – qısa müddətdə bütün növ göz əməliyyatlarına yiyələnmək, peşə bacarıqlarını mükəmməl əldə etmək deməkdir. Simulyasiya mərkəzində təlimlər aşağıdakı sahələrdə aparılır:

1. Fakoemulsifikasiyanın əsas kursu

2. Refraktiv cərrahiyyə kursu

3. Qlaukoma əməliyyatı kursu

4. Kataraktanın əməliyyatı kursu

5.Təxirəsalınmaz yardım kursu (gözün  xəsarəti zamanı)

6. Fəsadlı katarakta kursu

Kurslar 2 hissədən ibarətdir: nəzəri və praktiki. Leksiyalar akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin aparıcı mütəxəssisləri tərəfindən oxunur. Kursun müddəti proqrama əsasən 1və ya 2 həftədir.

Praktik məşğələlərin əsas vaxtı trenajer zalında tətbiq olunan bacarıqların ətraflı inkişafına, əməliyyatın mərhələli şəkildə mənimsənilməsinə - əl bacarıqları, avadanlığın və əməliyyat mikroskopunun idarə edilməsinə, alətlərin və sərf materiallarının düzgün istifadə edilməsinə yönəldilmişdir. Təlimə təcrübəli göz cərrahları tərəfindən nəzarət edilir. Hər bir kursanta fərdi olaraq əməliyyatları yerinə yetirməyə köməklik edilir. Təlim prosesi əməliyyat zamanı yaranan suallara cavab verməyə, kontrol və düzəliş edilərək idarə olunmağa kömək edir.

Teoriya təlim mühazirələr, nümayiş materialları, sual-cavablar, əldə edilmiş biliklərin nəzarətindən ibarətdir.

Kursu bitirdikdən sonra, hər bir cərrah ona göz əməliyyatını müstəqil olaraq yerinə yetirmək hüququ verən bir sertifikat alır.

Kurs zamanı  mərkəzin nəzdində yaşamaq imkanı yaradılmışdır.

Eyni zamanda Wetlab tədris kursu iştirakçıların istəkləri ilə bağlı müraciətləri qəbul edir.

Yaranan bütün suallar ilə bağlı Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzininə - 5022-ci kabinetə və ya 050 388 19 47, 051 433 81 16 əlaqə nömrələrinə müraciət edə bilərsiniz.