14-15 iyul 2023-cü il tarixlərində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tərəfindən Gədəbəy rayonunda Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr edilmiş tibbi aksiya keçirildi.

14-15 iyul 2023-cü il tarixlərində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tərəfindən Gədəbəy rayonunda Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr edilmiş tibbi aksiya keçirildi.

Aksiyada şəhid ailələri, qazilər və aztəminatlı ailələr müayinə olundu.

Aksiya çərçivəsində 184 nəfər müayinə olunub. Müayinələr əsasında presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olundu. Ehtiyacı olan şəhid və qazi ailələri eynək və dərmanla təmin olundu.

Aksiyanın keçirilməsində əsas məqsəd vaxt itirmədən, yerindəcə operativ şəkildə pasientləri müayinə-müalicə etmək, korluğun qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasını aşkar etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri həll etməkdir.

Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri t.ü.f.d. Mirişova Mirana , dr. Tağıyev Qafar, dr. Əsgərov Elçin və tibb bacısı Mahmudova Aygün tərəfindən həyata keçirildi.

Aksiyada direktor müavini dr. Nəzərli Ceyhun, Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin rəhbəri t.ü.f.d. Yazgül Abdıyeva, Səyyar Klinikanın baş həkimi dr. Həsənov Elçin, mühəndis Hüseynov Tural, Təşkilat şöbəsinin işçi heyəti Salehli Aynurə, Qurbanova Əminə və Səyyar Klinikanın sürücüsü Nəsirov Vasif iştirak etdi.

T.ü.f.d. Yazgül Abdıyeva tərəfindən Az Tv-yə və Space Tv-yə aksiya zamanı aşkar olunan xəstəliklər barədə məlumat müsahibə şəklində verildi.