15.12.2017-ci il tarixində AMEA-nın əsas binasında Azərbaycanın gənc alimlərinin birinci qurultayı keçirilmişdir.

15.12.2017-ci il tarixində AMEA-nın əsas binasında Azərbaycanın gənc alimlərinin birinci qurultayı keçirilmişdir.

Ölkəmizdə ilk dəfə keçirilən bu qurultay, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə işə başlayıb.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub. 
AMEA-nın prezidenti, akademik  Akif Əlizadə Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamına əsasən təşkil olunan qurultayın əhəmiyyətindən danışıb.

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimovun, Təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramovun çıxışları dinlənilib.
Cəmi 310 nümayəndə qeydiyyatdan keçib, onlardan 36 nəfər Səhiyyə Nazirliyindən. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin işçiləri tibb üzrə fəlsəfə doktoru Fidan Ağayeva, tibb üzrə fəlsəfə doktoru Mirana Mirişova və Qlaukoma bölməsinin elmi işçisi Sona İbrahimova qurultayın nümayəndələri kimi tədbirdə iştrak ediblər.
Sonra qurultayın bəyannamə layihəsinin hazırlanması məqsədilə işçi orqanının yaradılması təklif olunub. Tədbirdə qurultay nümayəndələri tərəfindən qurultayın mandat komissiyası və katibliyinin tərkibi təsdiq edilib. Qlaukoma bölməsinin elmi işçisi Sona İbrahimova qurultayın katibliyinin üzvü seçilib.