Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 10 illiyinə həsr edilmiş "Oftalmologiyanın bu günü və gələcəyi" adlı beynəlxalq elmi-praktik konfransı keçirildi.
24 may 2019-cu il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 10 illiyinə həsr edilmiş "Oftalmologiyanın bu günü və gələcəyi" adlı beynəlxalq elmi-praktik konfransı keçirildi. Konfrans beynəlxalq əhəmiyyətli olub, yerli və xarici oftalmoloqların (İtaliya, Gürcüstan) iştirakı ilə keçirildi. Konfransın məqsədi oftalmologiya sahəsində əldə olunan son yenilikləri və nailiyyətləri, yeni müayinə və müalicə metodlarını müzakirə etmək və öz sahələrində mütəxəssis olan oftalmoloqların təcrübələrindən yararlanmaqdan ibarətdir.