30 iyun 2020 il tarixində akademik Alevtina Fyodorovna Brovkinanın 90 illik yubileyi qeyd olunur.

30 iyun 2020 il tarixində akademik Alevtina Fyodorovna Brovkinanın 90 illik yubileyi qeyd olunur.

Akademik Brovkina və akademik Zərifə Əziz qızı Əliyeva uzun illər Helmholtz adına Moskva Elmi Tədqiqat İnstitutunda əməkdaşlıq ediblər, bir çox elmi işlərin və məqalələrin həmmüəlifləri olublar.
Akademik Brovkina Zərifə xanım Əliyevaya həsr edilən bütün yubiley beynəlxalq elmi konfranslarda iştirak edir və təcrübəsiylə Azərbaycan oftalmoloqları ilə bölüşür.
A.F.Brovkina akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi Şurasının Fəxri üzvü, “Azərbaycan Oftalmologiya Jurnalı”-ın redaksiya şurasının üzvüdür.
Akademik Brovkina Azərbaycanda müasir onkooftalmologiyanın təməlini qoymuşdur və onun dəstəyi ilə bu xidmət hal-hazırda yüksək səviyyədə Azərbaycan xalqına qulluq görsədir.

Ürəkdən akademik Brovkinanı yubiley münasibətilə təbrik edirik!