Moskva XI Beynəlxalq Qlaukoma Konqresində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi iştirak edib.
Rusiyanın paytaxtı Moskva şəhərində “Qlaukoma: nəzəriyyələr, tendensiyalar, texnologiyalar” adlı XI Beynəlxalq Konqres olub. Qlaukoma xəstəliyi ilə ilə bağlı müzakirələr aparılıb, yeni müalicə metodları , əməliyyatlar haqqında fikir mübadiləsi edilib. 30 ölkədən 1200 oftalmoloq iştirak etdiyi tədbirdə Azərbaycanı Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, t.ü.e.d., professor Elmar Qasımov təmsil edib. Elmar Qasımov ölkəmizdə bu xəstəliklə bağlı həyata keçirilən proqram haqqında danışıb. Onun sözlərinə görə, Azərbaycanda qlaukomanın erkən diaqnostikasi həyata keçirilir və onun aradan qaldırılması ilə bağlı bir çox yeniliklər reallaşdırılır. Konqresin yekununda Elmar Qasımov "Azərbaycanda qlaukomanın erkən diaqnostikasının və müalicəsinin təşkili" proqramına görə A.P.Nesterov adına Fəxri Medalla təltif olunub. İki gün davam edən konqresdə 8 seksiya üzrə 39 simpoziumda 170 məruzə dinlənilib.