Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi daha bir aksiya keçirəcək
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim heyəti fevralın 19-u və 23-də SABIS SUN Beynəlxalq Məktəbdə humanitar aksiya keçirəcək.
Tədbirin məqsədi pasiyentlərin səhhətləri ilə bağlı problemlərin həll olunmasına kömək göstərməkdir. Aksiya çərçivəsində göz xəstəlikləri ilə bağlı monitorinqlər aparılacaq və əldə edilən nəticələr müzakirə olunacaq.
Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi aksiyaların sayı gündən-günə artır və Prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsi hesab olunur. 2005-2018-ci illər ərzində Səyyar Klinika respublikanın bir çox rayon və şəhərlərində dəfələrlə aksiyalar keçirib.