23-24 may 2024-cü il Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Akademik Zərifə Əliyevanın anadan olmasının 101 iliyinə həsr olunmuş növbəti aksiyası Zəngilan rayonu, Ağalı kəndində həyata keçirilib
Aksiya çərçivəsində 163 nəfər oftalmolojı müayinə olunub.
Müayinələr əsasında refraksiya patalogiyası, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olundu.
Aksiyanın keçirilməsində məqsəd əhaliyə yerindəcə xidmət göstərərək, onların görmə patologiyasının erkən diaqnostikasını aşkar edərək həll olunmasına köməklik göstərmək, profilaktik müalicə tədbirləri həyata keçirməkdir.
Aksiya zamanı göstərilən müayinə və müalicə vasitəsitələri pasiyentlərin həyat keyfiyyətinin və ümumi rifahın yaxşılaşmasına səbəb olur.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri t.ü.f.d. Nərminə Hacıyeva, dr. Lamiyə Həsənzadə və rezident Nuranə Ələkbərova tərəfindən həyata keçirildi.
Eyni zamanda Səyyar Klinikanın baş həkimi dr. Həsənov Elçin , mühəndis Hüseynov Tural və sürücü Vasif Nəsirov iştirak edirdilər.