Mayın 29-da Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportunda humanitar aksiya keçirilib.

Tədbir zamanı hava limanın 225 əməkdaşı müayinə olunub.
Mərkəz tərəfindən mütəmadi olaraq keçirilən və artıq ənənə halı almış bu tədbirlərin əsas məqsədi əhali arasında göz xəstəlikləri ilə bağlı operativ monitorinqlər keçirmək, əldə edilən nəticələrin həlli istiqamətində müzakirələr aparmaq, eyni zamanda, cərrahi əməliyyatlar icra etməkdir.
2005-ci ildən başlayaraq mərkəzin Səyyar Klinikası mütəmadi olaraq respublikanın müxtəlif regionlarında pasiyentlərə oftalmoloji xidmət göstərir. Bu günə qədər Səyyar Klinika tərəfindən 3 mindən çox cərrahi əməliyyat və 30 minə yaxın müayinə və müalicə işləri icra olunub.