24 yanvar 2020-ci il tarixində Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) 3-cü toplantısı keçirildi.

24 yanvar 2020-ci il tarixində Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) 3-cü toplantısı keçirildi.

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) idarə heyətinin üzvləri və oftalmologiya sahəsində yüksək nailiyyətləri olan peşakar mütəxəssislərlə, alimlərlə birgə görüş keçirildi. 6 məruzə dinlənildi.  
Toplantını giriş nitqi ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor  Elmar Qasımov açdı.
Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini t.ü.f.d. Abdıyeva Yazgül Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin illik planları barədə məlumat verdi. Daha sonra cərrah-oftalmoloqlar tərəfindən, öz təcürbələrində keçirilmiş maraqlı kliniki hallar məruzə edildi. Məruzələr Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən t.ü.e.d. Hacıyev Rasim, t.ü.f.d. Məhərrəmov Polad, Dr. Rövşən Rəcəbli, National Prime Hospitaldan t.ü.e.d. Tural Qəlbinur və Dr. Mehdiyev Əziz tərəfindən təqdim edildi. Sual və təkliflər səsləndirildi.
Toplantıda MOM-dən və digər müəssisələrdən oftalmoloqlar iştirak etdi. Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin üzvlərinə sertifikat və Oftalmologiya jurnalı təqdim edildi.