15 may 2026-cı il tarixində XVI Regional Konfrans keçirilib

15 may 2026-cı il tarixində XVI Regional Konfrans keçirilib

18.05.2026

15 may 2026-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə XVI Regional Konfrans keçirilib.

Konfrans çərçivəsində oftalmologiyanın aktual məsələlərinə dair mütəxəssislərin məruzələri dinlənilib, həkimlər arasında təcrübə və elmi biliklərin paylaşılması məqsədilə müzakirələr aparılıb.

Konfransda Şirvan, Ağdam, Gəncə, Qəbələ, Zaqatala, Şamaxı, Bərdə, Qax, Göyçay və digər rayonlardan mütəxəssislər və alimlər iştirak ediblər.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, professor Elmar Qasımov çıxış edərək Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafındakı müstəsna xidmətlərindən bəhs edib. O bildirib ki, Azərbaycanda oftalmologiya təkcə paytaxt Bakı şəhərində deyil, regionlarda da yüksək səviyyədə inkişaf edib.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialının 10 illik yubileyi münasibətilə Mərkəzin direktoru filialın baş həkimi Qafar Tağıyevi təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra t.e.d. Hicran Namazova Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin kollektivini və konfrans iştirakçılarını qədim Azərbaycan diyarı olan Şəki şəhərində görməkdən məmnun olduğunu bildirib, simpoziumun fəaliyyətinə uğurlar arzulayıb.

Konfransda t.ü.f.d. Rühəngiz Balayeva, t.e.d. Tural Qəlbinur, t.ü.f.d. Sevinc Orucova, Dr. Lalə Məmmədova, Dr. Günay Əliyeva, Dr. Günay İbrahimzadə, Dr. Anar Rəhimov, Dr. Anar Abdullayev, t.ü.f.d., dos. Aidə Qasımova, Dr. Lamiyə Həsənzadə, t.ü.f.d. Sona İbrahimova, t.ü.f.d., dos. Qurban İsmayılov, Dr. Humay Bayramova, Dr. Günay Rüstəmbəyova, Dr. Rəvanə Həsənova, Dr. Nurlana İlyasova, Dr. Əliəkbər Möhsünzadə və Dr. Elsevər Həmidov tərəfindən məruzələr təqdim olunub.

Возможно, это изображение помост и текстВозможно, это изображение помост и текст "တနက် คมุ IA 0NNG NEP Azarbaycan Oftalmoloqlar Camiyyatinin XVI Regional Konfransı 神 Saki, 15 15 may 2026il Saki,15may2026il il"Возможно, это изображение учеба и текстВозможно, это изображение текстВозможно, это изображение один или несколько человекВозможно, это изображение один или несколько человек, помост и текст