Masallıda “Dəfinə” liseyində oftalmoloji skriniq müayinələri aparılıb

Masallıda “Dəfinə” liseyində oftalmoloji skriniq müayinələri aparılıb

12.11.2025

06.11.25-ci il tarixində Masallıda “Dəfinə” liseyində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşları tərəfindən məktəblilərin və işçi heyətinin oftalmoloji skriniq müayinələri aparılıb. Müayinə olunan 146 nəfərdən 43-də (29,4 %) oftalmoloji patologiya, onlardan 39-da - refraksiya qusurları aşkar olunub. Liseydə tibbi xidmət göstərən t.ü.f.d. S.Z.Salmanovanın qeyd etdiyinə görə, uşaqların 15,7%~də refraksiya patologiyası ilk dəfə müəyyən olunub. Müvafiq tövsiyələr verilib və ətraflı oftalmoloji müayinənin aparılması məsləhət olunub.