Gözün protezləşdirilməsi və görmənin kontakt korreksiyası şöbəsi

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Fərdi Göz protezləşdirmə kabineti fəaliyyət göstərir.

Kabinetdə qalın və nazik divarlı, göz yuvasında hərəkət edən, böyük orta və kiçik ölçülü orqanik materialdan göz protezləri hazırlanır.

Protez göz götürüldükdən təxminən 10-12 gün ərzində qoyulur.

Protez görünüşü ilə digər gözdən seçilmir və kosmetik xarakter daşıyır.

Görmənin kontakt korreksiyası mərkəzi Cənubi Qafqazda ilk dəfə Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun nəznində 1978ci ildə təşkil olunmuşdur və indiyə kimi əhaliyə praktik və konsultativ kömək göstərir.

Kontakt korreksiya optik korreksiyanın effektiv növüdür. Bir çox hallarda kontakt linzaların eynəyə nisbətən üstünlükləri danılmazdır. Hazırda polimer materialların, kontakt linzaların daha mükəmməl konstruksiyalarının və hazırlanma metodlarının yaradılması hesabına kontakt korreksiyanın imkanları kifayət qədər genişlənmişdir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin kontakt korreksiya şöbəsində

1. Astiqmatizmin müxtəlif növlərində havakeçirən bərk kontakt linzaların individual seçilməsi və hazırlanması, torik yumşaq kontakt linzaların seçilməsi və sifarişi
2. Keratokonuslu xəstələrin müayinəsi və dispanser müşahidəsi, keratokonus zamanı havakeçirən bərk kontakt linzaların seşilməsi və hazırlanması
3. +20,0 dioptriyadan ­– 20,0 dioptriyaya qədər müxtəlif növ linzaların seçilməsi, pasientlərə istifadə qaydalarının öyrədilməsi və dispanser nəzarət
4. Müalicəvi kontakt linzaların seçilməsi
5. Gözün müxtəlif anadangəlmə və posttravmatik defektlərində, buynuz qişa bulanmalarında kosmetik linzaların seçilməsi və hazırlanması
6. Rəngli kosmetik linzaların seçilməsi
7. Görmənin yoxlanması və eynəklərin seçilməsi, o cümlədən optikorekonstruktiv əməliyyatlardan sonra həyata keçirilir.