Okuloplastik və rekonstruktiv cərrahiyyə şöbəsi

Müasir həyatda həkim-oftalmoloq öz kliniki fəaliyyəti ərzində gözün əlavə aparatının müxtəlif mənşəli qüsurlarını cox sıx şəkildə müşahidə edir. Bu qüsurlar iltihabi, mexaniki zədə, yanıq, yaş ilə əlaqədar və yaxud anadangəlmə ola bilər. Qüsurların aradan qaldırılması görmə orqanının funksional və kosmetik cəhətdən bərpası ücün vacibdir. Adətən, bu tip əməliyyatlar insanların həyat keyfiyyətini, özünə inamını, cəmiyyətə uyğunlaşmasını artırır. Lakin görmə orqanı mürəkkəb quruluşa malik olduğundan bu əməliyyatlar mütləq ixtisaslaşmış həkim- oftalmoloqlar tərəfindən aparılmalıdır. Bu məqsəd ilə akademik  Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində “Okuloplastik və rekonstruktiv cərrahiyyə” şöbəsi yaradılmışdır. Bu şöbədə uşaqlara və böyüklərə tibbi xidmət göstərilir. Uşaqlarda daha tez rast olunan blefaroptoz, qapaqların koloboması, daxilə cevrilməsi, blefarofimoz sindromu, yaş kanalının patologiyası cərrahi üsul ilə aparılır. Bu gün aktual problemlərdən olan  yaşlı adamlarda göz qapaqlarının daxilə və xaricə cevrilməsi, kecirilmiş iflicdən sonra göz yarığının bağlanmaması (laqoftalm), trixiaz,  üst göz qapağının düşməsinin cərrahi korreksiyası uğurla icra olunur. Xəstələrdə daimi yaşaxma yaşaparıcı yolların patologiyası ilə bağlıdır (yaş nöqtəsinin daralması, yaş kisəsinin xroniki iltihabı). Bu problemi mərkəzdə təcrübəli cərrahlar adi və endoskopik lazer dakriosistorinostomiya üsülu ilə həll edirlər. Mexaniki zədələrdən və termiki yanıqlardan sonra dəri köcürılməsi əməliyyatları aparılır.Təəssüf  ki, bir sıra xəstəliklər göz almasının götürulməsi zəruriyyətini yaradır. Bu zaman, estetik şərtlərə uyğun aparılan göz almasının götürülməsi və orbital boşluğun endoprotezlənməsi hərəkətli protezləşməyə şərait yaradır. Estetik cərrahiyyənin inkişafı müasir tibbin tələblərindən biridir. Son dövrlərdə, hətta sıravi vətəndaşlar belə, bu mütəxəssislərə tez-tez müraciət edirlər. Mərkəzdə uzun müddət xaricdə ixtisaslaşmış həkimlər alt və üst göz qapaqlarının blefaroplastikası cərrahi əməliyyatlarını uğurla icra edirlər. Xəstələrin qəbulu poliklinik şöbədə 2013 saylı otaqda aparılır.