Hörmətli həmkarlar, 2021-ci il dekabr ayının 4-də (şənbə günü), Lənkəran şəhərində (Lankaran Springs oteli) Azərbaycan Retinoloqlarının VI konfransı keçiriləcək.

Hörmətli həmkarlar, 2021-ci il dekabr ayının 4-də (şənbə günü), Lənkəran şəhərində (Lankaran Springs oteli) Azərbaycan Retinoloqlarının VI konfransı keçiriləcək.

19.10.2021


Konfrans ənənəvi formatda (məruzələr, kliniki hallar, videosessiya, dəyirmi stol), canlı təşkil olunacaq. Uzun fasilədən sonra yenidən sizinlə görüşməyə şad olacağıq.
Amma yaşadığımız koronavirus pandemiyası ilə bağlı bəzi ehtiyat tədbirlərinə əməl etməyə məcburuq. İştirakçıların koronavirusa qarşı vaksinasiya pasportu olması vacibdir.
İştirakçıların sayını əvvəlcədən bildirməyə məcburuq. Ona görə noyabrın 15-dən gec olmayaraq konfransda iştirak etmək istəyənlərin adlarını təşkilat komitəsinə bildirməyi xahiş olunur.

Təşkilat komitəsi:
Müşfiq Kərimov (sədr)
Lalə Axundova
Xalid Əliyev
Ceyhun Nəzərli
Aişə Şahmalıyeva
Orxan Güllərov