14-15 oktyabr 2022-ci il tarixdə Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Beynəlxalq Oftalmoloji Konfrans və Azərbaycan Gənc Oftalmoloqlarının 14-cü Beynəlxalq konfransı keçirildi!

14-15 oktyabr 2022-ci il tarixdə Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Beynəlxalq Oftalmoloji Konfrans və Azərbaycan Gənc Oftalmoloqlarının 14-cü Beynəlxalq konfransı keçirildi!

17.10.2022

14-15 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Türk Cumhuriyyətləri Oftalmoloji Dərnəyi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Beynəlxalq Oftalmoloji Konfrans və Azərbaycan Gənc Oftalmoloqlarının 14-cü Beynəlxalq konfransı keçirildi.
Konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə region və xarici həkimlərinin iştirakını təmin etmək, həmçinin oftalmologiyanın beynəlxalq standartlara çatdırılmasından ibarət idi.
AOC-un sədri Prof. Elmar Qasımov giriş sözü ilə konfransı açıq elan etdi. Daha sonra Prof. Öner Gelişken, Op. Dr. Sunay Duman, Prof. Süleyman Kaynak və Prof. Mukharram Bikbov çıxış etdilər.
Konfransda Bakı və regionun həkim heyəti, həmçinin xaricdən həkim heyəti öz məruzələri ilə çıxış etdi. Konfransda çıxışçılar tərəfindən “Analysis of the main causes of the development of posttraumatic proliferative vitreoretinopathy”, “Ocular axial length changes in pseudophakic children after cataract surgery”, “Regional features of urgent and emergency appeals at the thırd stage of ophthalmologgcal care”, “Use of the Avedro KXL system in the corneal cross-linking technique”, “Retinal detachment in pediatric population”, “Features of diagnosis and tactics of surgical treatment of through wounds of the eyeballs” və s. mövzular məruzə edildi.
Konfransda Türkiyədən: Dr. Sunay Duman, Prof. Dr. Süleyman Kaynak, Prof. Dr. Öner Gelişken, Prof. Dr .Orhan Ateş, Prof. Dr. Levent Karabaş, Prof. Dr. Nurten Ünlü, Prof. Dr. Mehmet Bora Eldem, Prof. Dr. Özgür Yalçinbayir, Prof. Dr. Fatih Mehmet Mutlu, Prof. Halit Oğuz, Prof. Dr. Gürsel Yılmaz, Prof. Dr. Asker Bulut və s., Ufadan: Prof. Mukharram M. Bikbov və s., Özbəkistandan: Prof. Dr. Fazilat Bakhritdinova və s., Prof. Buzrukov B.T., Türkmənistandan: Dr. Serdarova Sh.A., Qazaxıstandan: T.e.d. Tursungül Botabekova, Rusiyadan Prof. Dr. Sevinç Asgerova, Dr. Ilmira Gazizova, KKTC: Dr. Simge Altan Dr. Şerife Özhuy və s. professorlar, həkimlər və rezidentlər iştirak etdi.